» » Vulkan püskürdü- Ölən və yaralananlar var- VİDEO

Vulkan püskürdü- Ölən və yaralananlar var- VİDEO

Vulkan püskürdü- Ölən və yaralananlar var- VİDEO

İndoneziya ərazisindı yerləşən Sinabunq vulkanı püskürüb. Təbii fəlakət nəticəsində 7 nəfər həyatını itirib.

Ucarliyiq.biz ans press.com-a istinadən verdiyi məlumata görə, İndoneziya ərazisində yerləşən aktiv vulkanlardan birində püskürmə baş verib. Hadisə nəticəsində 7 nəfər ölüb, 2 nəfər ağır xəsarətlər alıb. Məlumata görə, ölən və xəsarət alanlar vulkandan təxminən 4 kilometr aralıda yerləşən fermaların işçiləridir.
Sinabunq vulkanının 400 ildən sonra ilk dəfə, 2010-cu ildə püskürüb. Hələ 0 zaman baş vermiş hadisədə 2 nəfər həyatını itirib. 2014-cü ilə təsadüf edən püskürmə zamanı isə 16 nəfər ölüb.

Sinabunq İndoneziya ərazisində olan 129 aktiv vulkandan biridir. Ölkə Sakit okean odlu qurşağında yerləşdiyindən burada tez-tez yeraltı maqma püskürmələri halları yaşanır.