» » Ancelina Coli müharibədən və qadınlardan danışacaq

Ancelina Coli müharibədən və qadınlardan danışacaq

Ancelina Coli müharibədən və qadınlardan danışacaq

“Mən bu proqramın yaradılmasından ilhamlandım”.

Hollivud aktrisası, BMT-nin qaçqınlarla iş üzrə səfiri və qadın hüquqları uğrunda mübarizə aparan Ancelina Coli nüfuzlu London İqtisadiyyat Məktəbində (LSE) müharibənin qadınlara təsiri haqqında kurs tədris edəcəyini bildirib.

Ucarliyiq.biz xəbər verir ki, aktrisa dəvət edilmiş müəllim kimi fəaliyyət göstərəcək. 

“Mən bu proqramın yaradılmasından ilhamlandım”, - Coli, öz təyinatını şərh edərkən bildirib.

“Qadınların hüquqları və münaqişə şəraitində seksual zorakılıq kimi, məhz qadınlara yönəlmiş cinayətlərin cəzasız qalmasına son qoymaq haqqında müzakirələri genişləndirmək mütləqdir”, - aktrisa deyib.

London İqtisadiyyat Məktəbinin yaydığı məlumata görə, kursa informasiya dəstəyini Colinin Britaniyanın sabiq xarici işlər naziri Uilyam Heyq ilə birgə təsis etdiyi qadın hüquqları, sülh və təhlükəsizlik mərkəzi göstərir.  

2012-ci ildən aktrisa və siyasətçi münaqişə zonalarında qadınlara qarşı seksual zorakılığın qarşısının alınması üzrə kampaniya aparırlar.

Heyq də London İqtisadiyyat Məktəbində dəvət edilmiş professor kimi dərs deyəcək.

2011-ci ildə Coli “Qan və bal diyarında” (In the Land of Blood and Honey) filminin rejissorluğunda debüt edib, filmdə Bosniya müharibəsindən və bu münaqişə zamanı qadınların əzablarından danışıb.

Humanitar təşkilatların qiymətləndirməsinə görə, həmin münaqişə zamanı əsgərlər 20 min qadına təcavüz ediblər.