» » Quduzlaşan qadını öldürəcəklər? - Xəstəxanadan AÇIQLAMA

Quduzlaşan qadını öldürəcəklər? - Xəstəxanadan AÇIQLAMA

Quduzlaşan qadını öldürəcəklər? - Xəstəxanadan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Zaqatalada 47 yaşlı qadında quduzluq xəstəliyi aşkarlanıb

Pəri Qasım qızı Turacova quduzluq əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, onu 1.5 ay əvvəl yaşadığı kənddə küçə iti dişləyib. Pəri Turacova xəstəxanaya müraciət etməyib.

Mərkəzi Rayon Xəstəxanasından (MRX)-nın antirabik kabinetinin həkimi Nigar Şahmərdənova femida.az-a bildirib ki, hazırda xəstə get-gedə aqressivləşir: "Mingəçevir şəhərinin taun əleyhinə stansiyasının baş mütəxəssisi gəldi. Diaqnoza baxdı və məlum oldu ki, xəstəni aprel ayının əvvəllərində it dişləyib. Həkimə müraciət olunmayıb və üç gündür ki xəstəliyin əlamətləri aşkar olunub. Xəstə sudan və havadan qorxur, hava çatışmazlığı, təngənəfəslik əlamətləri hiss olunur. Sağ əlin ikinci barmağında it dişləyən yerdə şişginlik var. Xəstə get-gedə aqressivləşir. O, başqaları üçün təhlükə ola bilər. Xəstə hazırda çox narahatdır, vəziyyəti isə ağır olaraq qalır.

Nigar Şahmərdanova quduzluğa yoluxmuş xəstələrin sonrakı aqibətinə də toxundu: "İşlədiyim müddətdə ilk dəfədir ki, bu cür halla qarşılaşıram. Ancaq onu bilirəm ki, bu xəstliyin müalicəsi yoxdur. Əgər xəstə quduzluğa yoluxubsa, onu xilas etmək mümkün olmur. Yəni sonu ölümdür. Biz taun əleyhinə stansiyanın mütəxəssisi ilə məsləhətləşmə apardıq. Bildirildi ki, bu xəstəliyin heç bir yerdə müalicəsi yoxdur".

Qeyd edək ki, qudzluğa yoluxmuş P.Turacova ailəlidir, 2 qızı var bir oğlu var. Yoldaşı əlildir. (politika.az)