» » “Putin NATO-su” Ermənistanda təlimlərə başladı

“Putin NATO-su” Ermənistanda təlimlərə başladı

“Putin NATO-su” Ermənistanda təlimlərə başladı

“Təlimlərin əsas məqsədi praktiki bacarıqları təkmilləşdirməkdir”.

Bu gün Ermənistanda KTMT-yə üzv ölkələrin birgə keçirdiyi “Kobalt-2016” xüsusi taktiki təlimlərinə start verilir.

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, təlimlərə Kollektiv Operativ Reaksiya Qüvvələrinin (KORQ) xüsusi təyinatlı qruplaşmaların tərkibinə daxil olan bu təşkilata üzv dövlətlərin daxili işlər orqanlarının bölmələri və polisləri cəlb edilib.

Ermənistan Müdafiə Nazirliyinin “Baqramyan” tədris mərkəzində keçiriləcək təlimlər “Xüsusi təyinatlı qruplaşmaların qüvvələri və vasitələrinin KORQ-un hərbi kontingenti ilə qarşılıqlı operativ-hərbi və xüsusi əməliyyatların keçirilməsi” mövzusunda olacaq.

Təlimləri KTMT-nin birinci katibi Nikolay Bordyuja da izləyəcək.

“Təlimlərin əsas məqsədi daxili qoşunların xüsusi bölmələrinin hərbi qulluqçularının praktiki bacarıqlarının təkmilləşdirilməsidir. Həmçinin təlimlər zamanı xüsusi təyinatlıların terrorçuların və digər cinayətkar qrupların zərərsizləşdirilməsi bacarıqları yoxlanılacaq”, - məlumatda bildirilir. Yoxlama təlimlərində döyüş və hərbi-nəqliyyat helikopterlərindən istifadə nəzərdə tutulur. 

Təlimlərdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın daxili qoşunlarının qüvvələri və polis orqanlarının nümayəndələri iştirak edəcəklər.