» » Türkiyə Gürcüstanın NATO-ya üzvlüyünü dəstəklədi

Türkiyə Gürcüstanın NATO-ya üzvlüyünü dəstəklədi

Türkiyə Gürcüstanın NATO-ya üzvlüyünü dəstəklədi

“Prezidentlər Azərbaycan ilə birgə həyata keçirəcəkləri strateji layihələri müzakirə ediblər”.

Dünya Humanitar Sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Georgi Marqvelaşvili görüşüb.

Ucarliyiq.biz “Qruziya online” istinadən xəbər verir ki, tərəflər siyasi, iqtisadi və mədəni əlaqələri, eləcə də qarşıdakı NATO sammitini müzakirə ediblər.

Ərdoğan Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bir daha bildirib. Tərəflər, həmçinin NATO-nun Varşavada keçirilməsi planlaşdırılan sammitini də müzakirə ediblər.

Türkiyə prezidenti bəyan edib ki, Gürcüstan mütləq NATO-ya qəbul olunmalıdır. Görüşdə iki ölkənin tərəfdaş ölkə Azərbaycanla birgə gerçəkləşdirdiyi vacib strateji layihələrə də toxunuldu. Bakı-Tbilisi-Qars dəmir yolu xətti müzakirə edildi. 

Ərdoğan ümid etdiyini bildirdi ki, layihənin icrası bu il başa çatacaq. Gələcək əməkdaşlıq məsələləri də nəzərdən keçirildi”, - görüşdə iştirak edən Gürcüstan Prezidenti Administrasiyasının rəhbəri Georgi Abaşişvili bildirib.

Görüşdə, həmçinin Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi İrina İmerlişvili, eləcə də Gürcüstanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri İrakli Koplatadze iştirak edib.