» » Kriminalistlər “EgyptAir” təyyarəsinin göyərtəsində partlayışın olduğunu bildirdilər

Kriminalistlər “EgyptAir” təyyarəsinin göyərtəsində partlayışın olduğunu bildirdilər

Kriminalistlər “EgyptAir” təyyarəsinin göyərtəsində partlayışın olduğunu bildirdilər

A320 təyyarəsi mayın 19-da səhər saatlarında radarların ekranlarından itib.

“EgyptAir” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların qalıqlarının təhlili təyyarənin göyərtəsində partlayışın olduğunu göstərir.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Associated Press” kriminalist-ekspertlərə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, partlayıcı maddələrin izləri hələlik tapılmayıb.

İstintaq qrupuna daxil olan və qalıqların baxışında şəxsən iştirak edən ekspertlərdən biri agentliyə Qahirəyə 80 cəsəd fraqmentinin gətirildiyini bildirib.

“Onlar o qədər xırdadırlar ki, arasında heç bir dənə də bütöv bədən hissəsi yoxdur, məsələn, əl və ya baş (...). Bunun məntiqi izahı partlayışın baş verdiyidir”, - agentlik kriminalistin sözlərindən sitat gətirib.

Qeyd edək ki, mayın 19-da Parisdən Qahirəyə uçan A320 təyyarəsi səhər saatlarında radarların ekranlarından itib. Təyyarənin göyərtəsində 12 ölkənin vətəndaşı olub, ümumilikdə təyyarədə 66 nəfər - 56 sərnişin, təhlükəsizlik xidmətinin 3 əməkdaşı və yeddi heyət üzvü olub. Bir müddət sonra Misirin XİN A320 təyyarəsinin qalıqlarının yunan adası Karpatosun yaxınlığında tapıldığı barədə məlumat yayıb.