» » Ərdoğan Tsipras ilə zarafat etdi – VİDEO

Ərdoğan Tsipras ilə zarafat etdi – VİDEO

Ərdoğan Tsipras ilə zarafat etdi – VİDEO

“Qalstuk haradadır?”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Birinci Dünya Humanitar Sammiti çərçivəsində Yunanıstanın baş naziri Aleksis Tsipras ilə görüş zamanı onun hədiyyə edilmiş qalstuku niyə taxmadığı ilə maraqlanıb.

Ucarliyiq.biz xəbər verir ki, görüşdə çəkilən video YouTube-da yerləşdirilib.

“Qalstuk haradadır?” – Ərdoğan ingilis və türk sözlərinin qarışığından istifadə edərək Tsiprasdan soruşub.  

Beləliklə də Türkiyə prezidenti ötən görüşdə Tsiprasa qalstuk bağışladığını, o isə öz növbəsində həmin qalstuku gələn görüşdə taxacağını vəd etdiyini xatırladıb.

Tsipras qalstuku yalnız hakimiyyətinin Yunanıstanın borclarının silinməsinə nail olduqdan sonra taxacağını bildirib.