» » Türkiyədə iki prospektə Qarabağ və Gəncə adları verildi

Türkiyədə iki prospektə Qarabağ və Gəncə adları verildi

Türkiyədə iki prospektə Qarabağ və Gəncə adları verildi

Açılış mərasimi bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Əskişəhərdə (Türkiyə) Qarabağ və Gəncə adı verilən prospektlərin təntənəli açılış mərasimi keçirilib.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsindən Ucarliyiq.biz-a verilən məlumata görə, tədbir Davulqa Bələdiyyəsi, Əskişəhər Azərbaycanlılar Dərnəyi və Emirdağ Kültür və Sənət Dərnəyinin birgə əməkdaşlığı ilə baş tutub.

Açılış mərasimi türk dünyasında həyatını itirən şəhidlər və terror qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb, İstiqlal marşı və Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə davam edib.

Açılışda Davulqa Bələdiyyəsinin sədri Salih Gündoğan, Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın və başqaları çıxış edərək, iki dövlət arasında möhkəm dostluq, qardaşlıq münasibətlərindən danışıb, bu münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini qeyd ediblər.

Təntənəli mərasimdə Türk və Azərbaycan folklorundan nümunələr, milli musiqi və rəqslər ifa olunub. Xatirə hədiyyəlləri və plaketlərin təqdimatından sonra prospektin açılışı həyata keçirilib və qırmızı lent kəsilib.