» » Ötən il yüzdən çox insan Avropada terror qurbanı oldu

Ötən il yüzdən çox insan Avropada terror qurbanı oldu

Ötən il yüzdən çox insan Avropada terror qurbanı oldu

“360-dan çox insan yaralanıb”.

2015-ci il ərzində Avropa İttifaqı ölkələrində baş vermiş terror aktları zamanı 150-dən çox insan ölüb, 360-dan çox adam yaralanıb.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Europol nəzdində antiterror mərkəzinin direktoru Manuel Panyaqua bildirib.

Avropa Parlamentinin vətəndaş azadlıqları üzrə komitəsinin üzvləri ilə keçirilən görüş zamanı o bildirib ki, ötən il ərzində Avropa İttifaqı ölkələrində 211 baş tutan və baş tutmayan terror aktı hazırlanıb.

17 qanlı terror aktı cihadçılar tərəfindən hazırlanıb. Buna görə 667 şəxs həbs edilib.

“Avropa İttifaqına qarşı hücumlara hazır olan terrorçu qruplar bəsit dəstələrdir. Lakin onların İŞİD-lə əlaqələrinin olması barədə məlumatımız var“, - deyə Panyaqua bildirib.