» » 70 min manatlıq cinayət törədən qadın saxlanıldı

70 min manatlıq cinayət törədən qadın saxlanıldı

70 min manatlıq cinayət törədən qadın saxlanıldı

Gəncə şəhərində vətəndaşları aldadaraq dələduzluq yolu ilə onların pulunu mənimsəməkdə təqsirləndirilən qadın saxlanılıb.

Ucarliyiq.biz-ın apa-a istinadən verdiyi məlumata görə, bir neçə Gəncə şəhər sakini polisə müraciət edərək Kifayət adlı qadının onlara yalan vədlər verərək pullarını mənimsəməsi barədə şikayət ediblər.

Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayonunda anadan olan, hazırda Ukrayna Respublikasının vətəndaşı, 1968-ci il təvəllüdlü Kifayət Rəhim qızı Həşimova saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, K. Həşimova respublikanın müxtəlif bölgələrində vətəndaşlara yalan vədlər verərək onların 50 min manatdan çox pulunu mənimsəyib. Gəncədə isə onun 20 min manatlıq dələduzluq faktı qeydə alınıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.