» » Ərdoğan: Türkiyə Avropada ianə yox, dürüstlük gözləyir

Ərdoğan: Türkiyə Avropada ianə yox, dürüstlük gözləyir

Ərdoğan: Türkiyə Avropada ianə yox, dürüstlük gözləyir

“Təəssüf olsun ki, Aİ-nin söz verdiyi vəsaitlər Türkiyəyə hələ də verilməyib”.

Avropa İttifaqının Türkiyəyə söz verdiyi 3 milyard avro hələ də verilməyib.

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan mayın 24-də İstanbulda Birinci Dünya Humanitar Sammiti çərçivəsində keçirilən mətbuat konfransında deyib.

“Təəssüf olsun ki, Aİ-nin söz verdiyi vəsaitlər Türkiyəyə hələ də verilməyib. Lakin onlar bildirmişdilər ki, iyul ayına qədər 1 milyard avro göndəriləcək. Bu pullar bizə yox, qaçqın düşərgələrinə, ehtiyacı olanlara kömək edəcək”, - o deyib.

Ərdoğanın sözlərinə görə, “Türkiyə Avropada ianə yox, dürüstlük gözləyir”.