» » Gəncəni su basdı

Gəncəni su basdı

Gəncəni su basdı

Gəncəçayda suyun səviyyəsinin artması nəticəsində sahildə olan evlərə su dolub. Ucarliyiq.biz-ın apa-a istinadən verdiyi məlumata görə, son günlər qərb bölgəsində havanın yağmurlu keçməsi başqa çaylarda olduğu kimi Gəncəçayda da suyun səviyyəsini artırıb. Su çayın sol sahilində olan torpaq bəndi yuyub və bir neçə evin həyət və zirzəmilərinə su dolub. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları suyu xüsusi qurğularla çəkirlər.

Gəncə şəhər İcra Hakimiyyəti Aparatından verilən məlumata görə, artıq çayın sahilində olan bənddə bərkidilmə işləri aparılır.