» » Şamaxıda dəhşətli qəza - Maşın dərəyə yuvarlandı

Şamaxıda dəhşətli qəza - Maşın dərəyə yuvarlandı

Şamaxıda dəhşətli qəza - Maşın dərəyə yuvarlandı

Şamaxının Göylər kənd avtomobil yolunun ərazisində Şirvan rayon sakini 1989-cu il təvəllüdlü Həsənov Müsfiq Nurəddin oğlu idarə etdiyi "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq 100-150 metr dərinliyində olan dərəyə yuvarlanıb.

Ucarliyiq.biz qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə zamanı sürücü və onun sərnişini Şamaxı rayon sakini 1992-ci il təvəllüdlü Bəhramov Orxan Azər oğlu ağır bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Aparılan bütün müdaxilələrə baxmayaraq sürücü dünyasını dəyişib. Orxan Bəhramovun isə vəziyyətinin ağır olduğu bildirilir.