» » Tacikistan milli bayraqlarının idxalını qadağan edib

Tacikistan milli bayraqlarının idxalını qadağan edib

Tacikistan milli bayraqlarının idxalını qadağan edib

Hakimiyyət bayraqları mağazalardan müsadirəsini davam edir.

Tacikistanda Çin və Türkiyədə tikilmiş bayraqların satışı və gətirilməsi qadağan edilib.

Ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, buna səbəb istehsalatda ciddi çatışmazlıqların olması, əsasən də qızıl tacın yanlış təsviridir.

Düşənbənin mərkəzində 165 metrlik hündürlüyü olan bayraqda da analoji istehsalat çatışmazlığı mövcuddur.

“Tacikstandart” müəssisəsinin məmurları bəyan ediblər ki, artıq milli bayraqlar sırf ölkə daxilində tikiləcək.

Hakimiyyət əksəriyyəti Çin və Türkiyə istehsalı olan bayraqların mağazalardan müsadirəsini davam etdirir.

Bununla yanaşı, məmurlar yanlış təsvirin olduğu bayraqların Tacikistanda dalğalandığı və yalnız indi bu çatışmazlığın müəyyən edilməsinə dair verilən sualları cavablandırmaqdan imtina edirlər.