» » Abxaziyadakı Rusiya hərbçilərinə həyəcan siqnalı verildi

Abxaziyadakı Rusiya hərbçilərinə həyəcan siqnalı verildi

Abxaziyadakı Rusiya hərbçilərinə həyəcan siqnalı verildi

500-dən çox motoatıcı və 100 ədəd hərbi və xüsusi texnika 150 km marş yerinə yetiriblər.

Rusiyanın Abxaziyadakı hərbi bazasının bölmələrinə döyüş hazırlığının yoxlanılması çərçivəsində həyəcan siqnalı verilib.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə RİA Novosti Cənub hərbi dairədən aldığı informasiyaya istinadən məlumat yayıb.

500-dən çox motoatıcı və 100 ədəd hərbi və xüsusi texnika, o cümlədən də T-90A tankları, ZTR-82A zirehli transportyorlarlar və “KamAZ Mustanq” zirehli maşınları Naqvalou poliqonuna 150 km marş yerinə yetiriblər.

Poliqonda hərbçilər ştat silahlarından –  RPQ-7 tank əleyhinə əl qumbaraatandan, “Peçeneq” pulemyotlarından, “AK-74” avtomatlarından, transportyor silahlarından atəş açacaqlar.