» » BMT-də Fələstinin bayrağını qaldıracaqlar

BMT-də Fələstinin bayrağını qaldıracaqlar

BMT-də Fələstinin bayrağını qaldıracaqlar

Baş Assambleya qətnamə qəbul edib.

BMT-nin Baş Assambleyası Fələstinin təklif etdiyi qətnamə layihəsini qəbul edib, bu qətnaməyə müvafiq olaraq BMT-nin qərargahında və ofislərində, təşkilata üzv olmayan, təşkilat nəzdində müşahidəçi statusunda olan ölkələrin bayraqları qaldırıla bilər.

ucarliyiq.biz bu barədə xəbər verir.

Qətnamənin lehinə 115 səs verilib (o cümlədən Rusiya), əleyhinə isə 8 səs verilib. Səsverənlərin 25 nəfəri isə bitərəf qalıb. Sənəddə bu dövlətlərin bayraqlarının təşkilatın üzv ölkələrinin bayraqlarından sonra qaldırılması məsələsi də razılaşdırılır.

Sözügedən statusa Fələstin və Vatikan malikdir.