» » Zimbabvedə həbsxana çatışmazlığı: İki min məhbus azadlığa buraxıldı

Zimbabvedə həbsxana çatışmazlığı: İki min məhbus azadlığa buraxıldı

Zimbabvedə həbsxana çatışmazlığı: İki min məhbus azadlığa buraxıldı

“Siz azadlığa buraxılırsınız və ölkənin qanunlarına riayət etməlisiniz”.

Zimbabvedə həbsxana çatışmazlığı səbəbindən iki minə yaxın məhbus azadlığa buraxılıb.

Ucarliyiq.biz AFP-yə istinadən xəbər verir ki, ömürlük həbs cəzasına məhkum edilən iki qadın istisna olmaqla, amnistiyaya 18 yaşdan kiçik bütün məhbuslar və bütün qadın məhbuslar düşüb.

Bundan əlavə, ölümcül xəstələr, həmçinin 3 ildən az müddətə məhkum edilmiş və cəzalarının ən azı dörddə bir hissəsini çəkmiş şəxslər  azadlığa buraxılıb.

“Siz azadlığa buraxılırsınız və ölkənin qanunlarına riaəyət etməlisiniz. Bu amnistiyadan istifadə etmək lazım deyil”, - Zimbabve İslah müəssələrinin nümayəndəsi Prisçilla Mtembo deyib.

Nəşr qeyd edir ki, qətl, dövlətə xəyanət, zorakılıq və silahlı hücum maddələri ilə məhkum olunmuş bütün məhbuslar azadlığa çıxmaq imkanından məhrum ediliblər.