» » İraqda terror aktları: 12 ölü

İraqda terror aktları: 12 ölü

İraqda terror aktları: 12 ölü

Ən qanlı terror aktı Tarmiya şəhərində baş verib.

İraqda törədilən bir neçə terror aktı nəticəsində ən azı 12 nəfər ölüb, ucarliyiq.biz TASS-a istinadən xəbər verir.

Ən qanlı terror aktı Bağdaddan 25 kilometr şimalda yerləşən Tarmiya şəhərində baş verib. Axtarış aparılan evdə minanın işə düşməsi nəticəsində güc strukturlarının 5 əməkdaşı ölüb, daha üçü isə yaralanıb. 

Digər terror aktı Bağdadın cənubunda Əbu Dişər rayonunda törədilib. Partlayış zamanı 3 nəfər dünyasını dünyasını dəyişib, daha on nəfər yaralanıb.

Daha iki partlayış isə Bağdadın şimalında Səba əl-Bir və Mişad rayonlarında həyata keçirilib. Hücumlar dörd nəfərin həyatına son qoyub, 16 nəfər isə yaralanıb.