» » ABŞ-da iki hərbi təyyarə toqquşdu

ABŞ-da iki hərbi təyyarə toqquşdu

ABŞ-da iki hərbi təyyarə toqquşdu

Dörd ekipaj üzvü xəstəxanaya yerləşdirilib.

ABŞ-ın iki hərbi təyyarəsi Şimalı Karolina ştatının sahillərində qəzaya uğrayıb.

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, Sahil mühafizə xidmətinin əməkdaşları hazırda qəza yerində axtarışlar aparır.

Məlumata əsasən, sahildən 40 km aralıda, Atlantik okeanı üzərində təlim uçuşu zamanı “McDonnell Douglas F / A-18” tipli iki döyüş təyyarəsi toqquşaraq suya düşüb.

Qeyd olunur ki, qəza nəticəsində ölən olmayıb. Hər iki  təyyarənin xəsarət alan 4 nəfər ekipaj üzvü xilas olunaraq xəstəxanaya aparılıb.