» » Bakıda şagirdlər arasında kütləvi dava - Yaralılar var

Bakıda şagirdlər arasında kütləvi dava - Yaralılar var

Bakıda şagirdlər arasında kütləvi dava - Yaralılar var

Bakıda orta məktəbdə şagirdlər arasında kütləvi dava olub.

Ucarliyiq.biz bildirir ki, Qaradağ Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə 106 saylı orta məktəbin həyətində qeydə alınıb. Şagirdlər - 1999-cu il təvəllüdlü Elşən Cəsarət oğlu Hüseynov, 1999-cu il təvəllüdlü Nicat Nizami oğlu Əliyusifov, 1999-cu il təvəllüdlü Elşad Oruc oğlu Əliyev və onun qardaşı, 2001-ci il təvəllüdlü Tacir Əliyev arasında baş verən dava zamanı E. Hüseynov xəsarət alıb. E. Hüseynov bununla bağlı polisə şikayət edib.

Hazırda Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi hadisə ilə bağlı araşdırma aparır.