» » Ayı uşaq bağçasına hücum edib-AZƏRBAYCANDA- VİDEO

Ayı uşaq bağçasına hücum edib-AZƏRBAYCANDA- VİDEO

Ayı uşaq bağçasına hücum edib-AZƏRBAYCANDA- VİDEO

Bu gün Oğuz rayonunun Xalxal kəndi yaxınlığında yerləşən meşə sahəsindən ayı kəndə hücum edib.
Bu barədə apa-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib.
O bildirib ki, kənd camaatı səs-küy salmaqla ayını meşə sahəsinə qaytarmağa cəhd etsə də, ayı kəndə daxil olub, bir inəyə xəsarət yetirib, bir avtomobilə ziyan vurub. O qeyd edib ki, ayı sonra uşaq bağçasının həyətinə daxil olub: "Orada orda 50-dən çox uşaq olub. Belə olan halda həmin bağçanın yanında yaşayan Fazil Şükürov ayıya atəş açaraq öldürüb. Xoşbəxtlikdən heç bir uşaq xəsarət almayıb".
O əlavə edib ki, hazırda ayının quduz olub-olmamasını müəyyən etmək üçün Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Ucarliyiq.biz uşaq bağçasına hücum edən ayı ilə bağlı region.tv-nin videosunu təqdim edir: