» » Tək yaşayan qoca qadın evində döyüldü- DƏHŞƏTLİ OLAY

Tək yaşayan qoca qadın evində döyüldü- DƏHŞƏTLİ OLAY

Tək yaşayan qoca qadın evində döyüldü- DƏHŞƏTLİ OLAY

Balakəndə 96 yaşlı qadına qarşı quldurluq edən və ömrünün 20 ilini məhkumluq həyatı yaşayan Zaqatala rayon sakini İrana keçmək istəyərkən həbs edilib.

Ucarliyiq.biz-ın ans presse-ə istinadən məlumata görə, rayonun Sarıbulaq kənd sakini, 1920-ci il təvəllüdlü Sanur Balaşova RPŞ-yə müraciət edib. Zərəçəkmişin dediyinə görə mayın 22-i naməlum şəxs onun yaşadığı evə basqın edib. Xanımı döyüb və bıçaqla hədələyərək 65 manat pulunu götürərək hadisə yerindən qaçıb.
Balakən RPŞ-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, 96 yaşlı Sanur Balaşovanın evinə girib onu döyən və pul tələb edən şəxs Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1969-cu il təvəllüdlü Qurban Hudul oğlu Ağaməmmədovdur.

Aparılmış əməliyyat nəticəsində o da məlum olub ki, Qurban Ağaməmmədov may ayının 19-u elə həmin kənddə, kənd sakini Eldar Murtuzəlu oğlu Qurahilovun evinə basqın edərək bıçaqla onun əl nahiyəsinə xəsarət yetirib və ondan 27 manat götürərək hadisə yerindən qaçıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakinlərinə qarşı quldurluq edərək onların pulunu mənimsəyən Qurban Ağaməmmədov Astara sərhəd keçid məntəqəsindən qonşu İran İslam Respublikasına keçmək istəyərkən hüquq-mühafizə orqan əməkdaşları tərəfindən tutularaq Balakən RPŞ-nin əməkdaşlarına təhvil verilib. İlkin istintaq zamanı məlum olub ki, Qurban Ağaməmmədov əvvəllər qətl törətməyə və qanunsuz silah saxlamağa görə ümumilikdə 20 il olmaqla iki dəfə məhkumluq həyatı yaşayıb.
İstintaq zamanı o da məlum olub ki, zərərçəkənlərdən Eldar Qurahilov Qurban Ağaməmmədovun həbsxana yoldaşıdır. Faktla bağlı Qurban Ağaməmmədovun barəsində CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb, onun rayon ərazisində baş vermiş digər cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.