» » Avtomobildə silah aşkarlanıb -BAKIDA

Avtomobildə silah aşkarlanıb -BAKIDA

Avtomobildə silah aşkarlanıb -BAKIDA

Bakı sakininin avtomobilində silah tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Tural Haqverdiyevə məxsus "Volkswagen" markalı avtomobilə baxış zamanı nömrəsi silinmiş "Makarov" tipli tapança və 4 ədəd patron, habelə cibindən 1 ədəd bıçaq aşkar edilərək götürülüb.