» » Ermənilər atan mərmi bütün ailəni zəhərlədi

Ermənilər atan mərmi bütün ailəni zəhərlədi

Ermənilər atan mərmi bütün ailəni zəhərlədi

Tərtər rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Ucarliyiq.biz bildirir ki, Ağdam Mərkəzi Rayon Xəstəxanasından (MRX) apa-ya istinadən bildirir ki, Tərtər rayonunda məskunlaşan Ağdam sakinləri, 1983-cü il təvəllüdlü Bayramov İsmət Rza oğlu, onun ailə üzvləri - 1994-cü il təvəllüdlü Bayramova Məhbubə Sədi qızı, 1999-cu il təvəllüdlü Bayramov Dünyamin Rəşid oğlu, 2004-cü il təvəllüdlü Bayramov Toğrul Səməd oğlu və 2012-ci il təvəllüdlü Bayramova Yağmur İsmət qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin yaxınları APA-ya ailə üzvlərinin hamısının bu gün həyətdə yetişən gilas yediklərini və bundan sonra zəhərləndiklərini bildiriblər.

Məlumata görə, aprelin 27-də Ermənistan Silahlı Qüvvələrinin atdığı mərmilərdən dördü Bayramovlar ailəsinin yaşadığı evin həyətinə düşüb.