» » Qazaxıstanda hakimiyyəti zəbt etmək cəhdinin qarşısı alınıb

Qazaxıstanda hakimiyyəti zəbt etmək cəhdinin qarşısı alınıb

Qazaxıstanda hakimiyyəti zəbt etmək cəhdinin qarşısı alınıb

“Alma-Atada əməliyyat tədbirlərinin gedişatında bir sıra şəxslər saxlanılıb”.

Qazaxıstanda insanları qanunsuz mitinqlərə çıxmağa çağıranlar millətlərarası mübahisələrin alovlandırılması və hakimiyyəti zəbt etmək məqsədi güdürdülər.  

Ucarliyiq.biz xəbər verir ki, bu barədə respublikanın Baş prokurorluğunun mətbuat xidməti məlumat verib.

Qazaxıstanın bir sıra şəhərlərində təşəbbüs qrupları hakimiyyətə mayın 21-də mitinq keçirmək üçün müraciət ediblər. Mitinq, xaricilərin kənd təsərrüfatı torpaqlarının icarəyə götürməsinin genişləndirməsini nəzərdə tutan Torpaq Kodeksinə edilən düzəlişlərə etiraz olaraq keçiriləcəkdi.

Bütün müraciətlərə etiraz edilib, amma bəzi fəallar tərəfdarlarını hakimyyətin icazəsi olmadan da mitinqə çıxmağa çağırıblar.

“Ayrı-ayrı şəxslər mitinqlər haqqında qanunvericiliyi qulaqardına vuraraq insanları qanunsuz mitinqlərdə iştirak etməyə sövq etmək idi. Onların yekun məqsədi – dinc mitinq və Torpaq Məcəlləsindəki dəyişikliklər deyil, ictimai-siyasi vəziyyətin sabitliyinin pozulması, millətlərarası mübahisələrin alovlandırılması və hakimiyyəti zəbt etmək idi”, - Baş prokurorluğun saytında bildirilib.

Mətbuat xidmətinin məlumatına görə, Qızılorda polislər daş-qalaq edilib, onlar güc tətbiq edilməyə sövq edilib. Daha sonra sosial şəbəkələrdə, guya ki polis tərəfindən öldürülən kişinin şəkili paylaşılıb. Əslində isə bu, Çində baş verən hadisənin şəkili idi.

Baş prokurorluğun məlumatına görə, Şərqi-Qazax vilayətində, daha öncə vilayət mərkəzindən polisin diqqətini yayındırmaq və Ust-Kamenoqorskda ixtişaşların yaradılması üçün bir sıra rayon mərkəzlərində mitinqlərin keçirilməsi nəzərdə tutulurdu ki, Uralsk və Atırauda güc tətbiq edilən, o cümlədən də hakimiyyətə qarşı nəzərdə tutulan aksiyalara hazırlıq gedirdi.

“Alma-Atada əməliyyat tədbirlərinin gedişatında bir sıra şəxslər saxlanılıb. Orada silah saxlanılan gizli yerlər, armatur fraqmentləri, “Molotov kokteyli” adlanan alovlanan maye olan şüşələr aşkar edilib”, - idarədə qeyd ediblər və əalvə ediblər ki, “müxtəlif regionlarda qanunsuz aksiyalar – bir zəncirin bəndləridir”.