» » KİV: Misir otellərində qiymətlər 10 dəfə ucuzlaşıb

KİV: Misir otellərində qiymətlər 10 dəfə ucuzlaşıb

KİV: Misir otellərində qiymətlər 10 dəfə ucuzlaşıb

Əvəllər turistlər Şarm-əl-Şeyxin otellərində bir gecə üçün 293 dollar ödəməli olurdular.

Şarm-əl-Şeyx kurort şəhərinin ən bahalı otellərində qiymətlər dəfələrlə ucuzlaşıb. 

Ucarliyiq.biz bu barədə “The Daily Mail” nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, “Renaissance Hotel” qiymətləri bir gecə üçün 33,7 dollara, “Sunrise Select Diamond Beach Resort” oteli isə “TravelSupermarket.com” saytı vasitəsilə yeddi gecə sifariş edəndə qiymətlər 26,61 dollara qədər ucuzlaşdırılıb.

Bununla yanaşı qəzet qeyd edir ki, əvəllər turistlər Şarm-əl-Şeyxin otellərində bir gecə üçün 293 dollar ödəməli olurdular.

Booking.com servisində ilk ən ucuz 25 (cəmi 64) beşulduzlu otellər sırasında iyunun 9-da girişlə bir gecə 37,5 dollar olan “Renaissance Sharm El Sheikh Golden View Beach Resort” otelidir. Bu tarixə təklif edilən 25 variantdan 19-nda 60% çatan endirimlər mövcuddur.