» » İŞİD terrorçuları Türkiyəni atəşə tutdular

İŞİD terrorçuları Türkiyəni atəşə tutdular

İŞİD terrorçuları Türkiyəni atəşə tutdular

Üç nəfər yaralanıb.

Türkiyənin Kilis şəhəri Suriyada İŞİD-in nəzarət etdiyi Bab əs-Səlam rayonundan artilleriya atəşinə tutulub.

Ucarliyiq.biz Milliyet nəşrinə istinadən xəbər verir ki, hücum nəticəsində üç nəfər yaralanıb.

Qeyd edək ki, Kilis şəhəri bundan əvvəl Suriyada İŞİD-in nəzarət etdiyi ərazilərdən dəfələrlə raket atəşin tutulub. 

Bu ilin yanvar ayından terrorçuların endirdiyi artilleriya zərbələri zamanı 21 nəfər ölüb, onlarla insan yaralanıb. 

Türkiyə ordusu hər həmləyə cavab olaraq İŞİD mövqelərini bombalayıb.