» » Poroşenko NATO-nun sabiq Baş katibini özünə müşavir təyin edib

Poroşenko NATO-nun sabiq Baş katibini özünə müşavir təyin edib

Poroşenko NATO-nun sabiq Baş katibini özünə müşavir təyin edib

Rasmussen 2009-2014-cü illərdə Şimali Atlantika Alyansının Baş katibi olub.

Ukrayna prezidenti Petro Poroşenko NATO-nun sabiq Baş katibi Anders Foq Rasmusseni özünün ştatdankənar müşaviri təyin edib.

ucarliyiq.biz - in məlumatına görə, müvafiq fərman mayın 27-də Ukrayna dövlət başçısının rəsmi saytında yerləşdirilib.

“Anders Foq Rasmussen Ukrayna prezidentinin ştatdankənar müşaviri təyin edilsin”, - fərmanda deyilir.

Qeyd edək ki, Anders Foq Rasmussen 2009-2014-cü illərdə Şimali Atlantika Alyansının Baş katibi, 2001-2009-cu illərdə isə Danimarka hökümətinə rəhbərlik edib.