» » Azərbaycanlını xilas etmək istəyən dostu rüşvətə görə həbs edildi

Azərbaycanlını xilas etmək istəyən dostu rüşvətə görə həbs edildi

Azərbaycanlını xilas etmək istəyən dostu rüşvətə görə həbs edildi

O, prokurorun cibinə pul qoymağa çalışıb.

Rusiyada mühaciri Peterburq prokuroruna rüşvət verdiyi üçün həbs ediblər. Belə ki, o, sənədsiz “dostuna yardım” etməyə çalışıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Rosbalt”a şəhər prokurorluğundan bildiriblər.

Krasnoqvardeyski rayon prokurorluğu miqrasiya xidməti ilə bərabər Revolutsiya şossesindəki avtoyuma məntəqəsini yoxlamaq qərarına gəliblər. Orada, Rusiya Federasiyasında əmək patenti və qeydiyyatı olmayan Azərbaycan vətəndaşları aşkar edilib.  

Saxlanılan şəxsin dostu, prokurorluq əməkdaşına məsələni yerində həll etməyi təklif edib.

O, prokurorun cibinə dostunun buraxılması üçün pul qoymağa çalışıb.

Prokurorluq əməkdaşı rəhbərliyə xəbər verib. 15 min rubl pul verildikdən sonra polis əməkdaşları mühaciri saxlayıb.

RF-nın Cinayət Məcəlləsinin 219-cu maddəsi (qanunsuz fəaliyyətə görə vəzifəli şəxsə rüşvətin verilməsi) üzrə cinayət işi açılıb.