» » Azərbaycanlı biznesmenin oğlu həbs edildi

Azərbaycanlı biznesmenin oğlu həbs edildi

Azərbaycanlı biznesmenin oğlu həbs edildi

Moskvada dostları ilə birgə "Mercedes-Benz Gelandewagen" markalı avtomobillə polis maşınları ilə yarışa çıxan Rusiyanın "Lukoyl" şirkətinin vitse-prezidentinin oğlu Ruslan Şamsuarov məhkəmə qarşısına çıxarılıb.

Ucarliyiq.biz azvision.az-a istinadən bildirir ki, Şamsuarov artıq həbs olunub.

Daha əvvəl isə Moskva polisinin rəhbəri Anatoli Yakunin Şamsuarovun istintaqdan gizləndiyini bildirmişdi.

"Lukoyl" şirkətinin vitse-prezidenti Azat Şamsuarovun 20 yaşlı oğlu Ruslan mayın 25-də "Mercedes-Benz Gelandewagen" avtomobili ilə Moskvada "avtoşluq" edib.

Gənc oğlan dostları ilə onu təqib edən polislə "əylənərək" təslim olmayıb və hadisə yerindən çəkilmiş videonu "Periscop"a yerləşdirib. Video "Youtube" kanalına qoyulandan sonra ölkədə böyuk rezonans doğurub.

Mayın 26-da avtomobili idarə edən şəxs, Moskva sakini Məcidov Abduvahoba 15 günlük həbs verilib. O, polis əməkdaşına qarşı itaətsizlik göstərdiyinə görə cəzalandırılıb.

Mayın 27-də isə A.Şamsuarovun oğluna qarşı "Xuliqanlıq" maddəsi üzrə cinayət işi açılıb. Bu barədə "Life" xəbər portalı məlumat dərc edib.

Qeyd edək ki, "Lukoyl" şirkətinin rəhbəri azərbaycanlı iş adamı Vahid Ələkbərovdur. Şirkətin vitse-prezidenti Azat Şamsuarovun oğlu Ruslan hadisəyə görə üzr istəyib: "Söz verirəm ki, bir daha belə hadisə olmayacaq. Biz bu hadisənin şahidi olan hər kəsdən üzr istəyirik".