» » Ərdoğan ABŞ-ın PYD-ni dəstəkləməsini pisləyib

Ərdoğan ABŞ-ın PYD-ni dəstəkləməsini pisləyib

Ərdoğan ABŞ-ın PYD-ni dəstəkləməsini pisləyib

“Bizimlə birgə NATO-ya üzv olanlar öz əsgərlərini PYD nişanlı hərbi geyimdə Suriyaya göndərməməlidirlər”.

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PKK–nın Suriyadakı qolu olan PYD-ni dəstəkləməsini pisləyib. 

Bu barədə Ucarliyiq.biz “Assoşieyted Press”ə istinadən xəbər verir.     

“Bizim dostlarımız hesab olunanlar, bizimlə birgə NATO-ya üzv olanlar öz əsgərlərini PYD nişanlı hərbi geyimdə Suriyaya göndərə bilməzlər və göndərməməlidirlər”, - deyə Ərdoğan bildirib.  

Qeyd edək ki, mətbuatda bundan əvvəl Suriyada kürd silahlı birləşmələrinin tərkibində PYD nişanlı hərbi geyimdə olan amerikalı hərbçilərinin olduğu barədə məlumat yayılıb.