» » Almaniyada futbol meydançasına ildırım düşməsi nəticəsində azı 35 nəfər xəsarət alıb

Almaniyada futbol meydançasına ildırım düşməsi nəticəsində azı 35 nəfər xəsarət alıb

Almaniyada futbol meydançasına ildırım düşməsi nəticəsində azı 35 nəfər xəsarət alıb

Xəsarət alanların əksəriyyəti 9-11 yaşlı uşaqlardır.

Almaniyada futbol meydançasına ildırım düşməsi nəticəsində 35 nəfər xəsarət alıb.

ucarliyiq.biz - in “Frans Press”ə istinadən verdiyi xəbərə görə, insident Reynland-Pfalts torpağında Hoppştegen yaşayış məntəqəsində baş verib.

Hadisə uşaq futbol komandalarının oyunu zamanı baş verib. Bütün xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, xəsarət alanların əksəriyyəti 9-11 yaşlı uşaqlardır. 

Oyunun hakiminin də ağır xəsarət alanlar arasında olduğu bildirilir.
 
Xəsarət alanlardan üç nəfərin vəziyyəti ağırdır.