» » Astanada Qazax xanlığının 550 illiyi qeyd edilir – FOTO

Astanada Qazax xanlığının 550 illiyi qeyd edilir – FOTO

Astanada Qazax xanlığının 550 illiyi qeyd edilir – FOTO

İlham Əliyev tədbirdə iştirak edir.

Bu gün Astanada Qazax xanlığının 550 illiyinin qeyd edilməsinə başlanılıb.

Təntənəli tədbirdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, eləcə də Azərbaycan prezidenti İlham Əliyev və Qırğızıstan prezidenti Almazbek Atambayev iştirak edirlər, Bestnews.kz-nin müxbiri Müstəqillik sarayından xəbər verib.

Xəbər verildiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanaya gələ bilməyib, tədbirdə Türkiyə parlamentinin rəhbəri iştirak edəcək.

İclasda həmçinin Qazaxıstan hakimiyyətinin üzvləri, milli şirkətlərin rəhbərləri, idman ulduzları, elm və mədəniyyət xadimləri iştirak edir.

Qeyd edək ki, bu gün Akorda Şuranın üzv-ölkələrinin rəhbərlərinin iştirakı ilə Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti baş tutacaq.

Astanada Qazax xanlığının 550 illiyi qeyd edilir – FOTO

Astanada Qazax xanlığının 550 illiyi qeyd edilir – FOTO

Astanada Qazax xanlığının 550 illiyi qeyd edilir – FOTO