» » Zəhərli böcək 7 yaşlı uşağı sancdı - AZƏRBAYCANDA

Zəhərli böcək 7 yaşlı uşağı sancdı - AZƏRBAYCANDA

Zəhərli böcək 7 yaşlı uşağı sancdı - AZƏRBAYCANDA

Tovuz rayonunda 7 yaşlı oğlanı zəhərli böcək sancıb.

Ucarliyiq.biz report-a istinadən bildirir ki, rayonun Əlibəyli kəndində baş verən hadisə zamanı naməlum həşərat Elvin Məmmədovu ayağından dişləyib. Valideynləri zərərçəkəni Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Azyaşlıya tibbi yardım göstərilib.

Yaxınlarının sözlərinə görə, Elvin Məmmədovu zəhərli böcək həyətdə oynayan zaman sancıb. Xəstəxanadan verilən məlumata görə, zərərçəkənin vəziyyəti normaldır: "Onun həyatı təhlükəsi yoxdur".