» » Azərbaycanda tələbələrdə dolu avtobus aşdı - 3 ölü, 21 yaralı - Yenilənib

Azərbaycanda tələbələrdə dolu avtobus aşdı - 3 ölü, 21 yaralı - Yenilənib

Azərbaycanda tələbələrdə dolu avtobus aşdı - 3 ölü, 21 yaralı - Yenilənib

Bu gün axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun apa-ya istinadən verdiyi məlumata görə, içərisində tələbələr olan "Hyundai" markalı avtobus yoldan çıxaraq dərəyə aşıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

***

Xızının Xələfli kəndində baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 21-ə çatıb.

Xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalar cəlb olunub.

***

Bu gün axşam saatlarında Xızı rayonunda baş verən qəzada xəsarət alan 15 nəfərin şəxsiyyəti məlum olub.

Onlar 2005-ci il təvəllüdlü Nigar Kazımlı, 1965-ci il təvəllüdlü İndira, Ziba Rəhimova, Lalı Rəhmanova, 1950-ci il təvəllüdlü Qafar Abdullayev, 1951-ci il təvəllüdlü Çaylar Mikayılov, Rasim Rzayev, Leyla Fəryadova, İsmayıl Feyzullayev, 1966-cı il təvəllüdlü Əsəd Qurbanov, 1954-cü il təvəllüdlü Nizami Abdullayev, İradə Əliyeva, Fərqanə Fərzəliyeva, Hədiyyə Əliyev, Vüsalə Ağabəylidir.

Ölən iki nəfər isə Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında çalışan Dilarə adlı xanımdır.

Zərərçəkənlərin əksəriyyəti Sumqayıt Dövlət Texniki əməkdaşlarıdır.

***

Xızıda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən şəxs orada dünyasını dəyişib. Onun şəxsiyyəti müəyyənləşdirilir.

***

Yol qəzası nəticəsində ölən sərnişinlərdən sonuncusunun da şəxsiyyəti müəyyənləşib. Həmin şəxs Sərxan Abdullayevdir. Bu barədə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib.

***

Xızıda avtobusun aşması nəticəsində yaralananlar arasında 12-13 yaşlı qız uşağı da var. Həmin uşaq istirahətə gələnlərdən birinin uşağı olub. Bu barədə Trend-ə Xızı rayon Təcili Tibbi Yardım Stansiyasından məlumat verilib