» » Rəsmi Moskva Türkiyə ilə münasibətlərin normallaşdırılmasını istəmədi

Rəsmi Moskva Türkiyə ilə münasibətlərin normallaşdırılmasını istəmədi

Rəsmi Moskva Türkiyə ilə münasibətlərin normallaşdırılmasını istəmədi

“Prezident Putin bizim mövqeyimizi kifayət qədər səlis ifadə edib”.

Ankaranın Rusiya ilə münasibətlərin normallaşdırılması üzrə işçi qrupunun yaradılması ideyası problemləri həll etməyəcək, bunu yalnız Türkiyə rəhbərliyi edə bilər.

ucarliyiq.biz Rusiya KİV-ə istinadən xəbər verir ki. bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Daha öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Ankara Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə işçi qrupunun yaradılmasını təklif edir.

“Düşünürəm ki, bu sözlərə cavabı bu günlərdə prezident Putinin verdiyi bəyanatda tapmaq olar. Prezident Putin bizim mövqeyimizi kifayət qədər səlis ifadə edib. O deyib ki. şübhəsiz ki, tənzimlənmə variantlarının axtarışı üçün bəzi danışıqlar aparılır, lakin heç bir işçi qrupu bu problemi həll edə bilməz”, - Peskov belə deyib.

O əlavə edib ki. yaranmış vəziyyətdə hər şey Türkiyə rəhbərliyindən asılıdır.