» » Kişinin qulağını namus üstündə kəsiblər - AZƏRBAYCANDA - FOTO

Kişinin qulağını namus üstündə kəsiblər - AZƏRBAYCANDA - FOTO

Kişinin qulağını namus üstündə kəsiblər - AZƏRBAYCANDA - FOTO

Lerikdə Rafail İsiyevin qulağını kəsməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Lerik Rayon Polis İdarəsindən verilən məlumata görə, saxlanan şəxslər 1988-ci il təvəllüdü Natiq Rzaxan oğlu Əliyev və 1982-ci il təvəllüdlü Əlirza Seydəli oğlu İsiyevdir. Hər iki şəxs bu gecə saat 4 radələrində Lənkəranda saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Rafail İsiyevin qulağını məhz saxlanan 28 yaşlı Natiq Əliyev kəsib.

May ayının 28-də Lerik rayonunun Veri kəndində gecə saatlarında otlaq sahəsi üstündə bir neçə qonşu arasında münaqişə olub. Dava nəticəsində 6 nəfər Hüseyn İsiyevin yaşadığı evə hücum edib. Hadisə zamanı iki nəfər- 72 yaşlı Hüseyn və onun oğlu 37 yaşlı Rafail İsiyevlər xəsarət alıblar.

Xəsarət alanlardan Hüseyn İsiyevin bədəninin müxtəlif nahiyələrinə küt alətlə xəsarət yetirilib, digərinin - oğulun isə qulaqları kəsilib.

Məlum olub ki, hücum edənlər Hüseyn İsiyevin qardaşı uşaqları - Zamin, Şahrza və Bəybala İsiyevlər, qonşuları Şulduz, Eldost və Sakit Əliyev qardaşlarıdır.

Hadisədən sonra Hüseyn İsiyev iddia edirdi ki, səhərə yaxın, təqribən saat 4-5 arası həmkəndliləri və əmisi uşaqları onların evinə basqın edib.

Qulağı kəsilən Rafail İsiyev isə onu tutub yıxaraq qulaqlarını kəsdiklərini və 4 min manat pulunu və telefonunu apardıqarını deyib.

Ailələr arasında münaqişə illərdir ki, davam edir. Zərərçəkən tərəfi iddia edirdi ki, basqında Sulduz, Elduz, Natiq Əliyevlər, Bəybala və Xanlar İsiyevlər iştirak edib.

Kənd sakinlərinin isə bildirmişdilər ki, ailələr daxilindəki münaqişəyə səbəb ot çalımı, çəpər davası yox, namus söhbəti olub. Qarşı tərəf Rafaili Rzaxan kişinin qızına sataşmaqda günahkar bilərək cəzalandırıb. (ans press)