» » Avropa məhkəməsi iş yerinə qədər yolu iş gününün bir hissəsi kimi tanıdı

Avropa məhkəməsi iş yerinə qədər yolu iş gününün bir hissəsi kimi tanıdı

Avropa məhkəməsi iş yerinə qədər yolu iş gününün bir hissəsi kimi tanıdı

İşverənlər yeni cədvəl tərtib etməli olacaqlar.

Avropa məhkəməsi müəyyən edib ki, işə qədər yola sərf edilən zaman iş gününün bir hissəsi hesab edilməlidir.

ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, bu, daimi ofisi olmayan əməkdaşlara, məsələn, evdə qulluq edənlərə və səyyar nümayəndələrə aiddir.

İndi işverənlərə yeni cədvəl tərtib etmək lazım gələcək, bu cədvəldə onlar, işçinin bir gün ərzində ilk və son gəlişinin mümkün qədər az zaman almasını, təyinat məntəqələri isə evə mümkün qədər yaxın olmasını nəzərə almalıdırlar.  

Qərar İspaniyada təhlükəsizlik sistemlərinin quraşdırılması ilə məşğul olan Tuso şirkətinin iştirakı ilə aparılan məhkəmə araşdırmaları fonunda qəbul edilib. 2011-ci ildə şirkət öz regional ofislərini bağlayıb, bununla əlaqədar əməkdaşlar tapşırıqları yerinə yetirmək üçün ölkənin müxtəlif şəhərlərinə getmək məcburiyyətində qalmışdılar.