» » Türk bioloq iki rusiyalının qətlində şübhəli bilinir

Türk bioloq iki rusiyalının qətlində şübhəli bilinir

Türk bioloq iki rusiyalının qətlində şübhəli bilinir

O, saxta sənədlərlə Yunanıstana qaçıb.

Türkiyənin hüquq-mühafizə orqanları üç nəfərin, o cümlədən də rusiyalı qadınların ölümündə şübhəli bilinən kişini axtarışa verib.

Ucarliyiq.biz “Hurriyet” qəzetinə istinadən xəbər verir ki, 2013-cü ilin sentyabr ayında Rusiyanın 26 yaşlı vətəndaşı Yelena Radiçeva və onun Türkiyə sakini olan dostu güllələnib.

Qətldə 29 yaşlı Atalay F. şübhəli bilinir. İstintaqın məlumatına görə, faciəyə səbəb “cavabsız məhəbbət” olub.

Həmin zaman başqa bir qadın – tarix müəlliməsi də ölmüşdü. Polis, həmin qadının Atalayın qətlə aidiyyatını bildiyini və bu üzdən şübhəli tərəfindən qətlə yetirildiyini ehtimal edir.

Qadının cəsədi meşədə tapılıb. İstintaq zamanı qətl yerində şübhəlinin barmaq izləri aşkar edilib. O, həmçinin cinayət yerində olan müahidə kameralarına düşüb.

Polisin məlumatına görə, kişi saxta sənədlərlə Yunanıstana qaçıb.

“Posta” qəzeti qeyd edir ki, Atalay 2011-ci ildə Parisdə itkin düşən başqa bir rusiyalı qadının ölümündə də şübhəli bilinir. Onun Ankarada Yaxın Şərq Texniki Universitetində biologiya fakültəsində doktor dərəcəsini aldığı məlumdur.