» » Rusiya Xəzər dənizində hərbi fəallığını artırdı

Rusiya Xəzər dənizində hərbi fəallığını artırdı

Rusiya Xəzər dənizində hərbi fəallığını artırdı

Praktiki hərbi təlimlərin yerinə yetirilməsinin intensivliyi 1,5 dəfə artırılıb.

Qara Dəniz və Xəzər donanmaları gəmilərinin dəniz səfərlərinin intensivliyi 1,7 dəfə artıb.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiyanın Cənub hərbi dairəsinin mətbuat xidməti bildirib.

“Qara Dəniz Donanması və Xəzər donanmasının gəmiləri 2016-cı ildə dənizdə hərbi-təlim tapşırıqlarını yerinə yetirərkən 197 min mil (366 min km) məsafə qət ediblər. Gəmilərin və sualtı qayıqların dənizdə keçirdikləri vaxt 2,3 min sutkadan artıq olub ki, bu da keçən ilin göstəricilərindən 1,7 dəfə artıqdır”, - məlumatda deyilir.

Şəxsi heyətin hərbi hazırlığının intensivliyi Qara dəniz və Xəzər donanmalarına yeni gəmilərin və sualtı qayıqların daxil olması ilə mümkün olub. Bu həmçinin yeni silahlanma və hərbi texnikanın istifadəsilə hərbi əməliyyatların aparılmasında yeni üsulları tətbiq etməyə imkan verib.  

Dəniz təlimlərində hərbçilər 470-dən çox hərbi tapşırıq yerinə yetiriblər. Onların sırasında 300-dən çox artilleriya və raket atışı və 150 mina-tral hərbi əməliyyat yer alır, bu isə keçən təlimlərin göstəricilərindən 40% artıqdır. Bununla yanaşı praktiki hərbi təlimlərin yerinə yetirilməsinin intensivliyi 1,5 dəfə artırb.