» » Lavrov: Rusiya Ukraynanın cənubi-şərqini unutmur

Lavrov: Rusiya Ukraynanın cənubi-şərqini unutmur

Lavrov: Rusiya Ukraynanın cənubi-şərqini unutmur

“Fəal şəkildə dəstəkləyirik”.

Rusiya Ukraynanın cənubi-şərqini atmır və unutmur.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov “Komsomolskaya pravdaya” verdiyi müsahibəsində bildirib.

“Biz Ukraynanın cənubi-şərqini atmırıq və unutmuruq və çox fəal şəkildə dəstəkləyirik, - o bildirib. – Bu həm humanitar yardımdır, həm də cari iqtisadi problemlərin həllidir”.

“Hazırda təhlükəsizlik Ukrayna prezidenti Poroşenko üçün, həm də sadəcə atəşkəs deyil, eləcə də bütün Donbasın ərazisində, təhlükəsizliyin hansısa beynəlxalq qüvvələrlə təmin edilməsi əsas mövzularından biri olub, - nazir qeyd edib. – Bu, Minsk razılaşması ilə nəzərə alınmayıb. Donbas buna heç zaman getməyəcək, Donbas ilə nizamlanma üzrə bütün addımları razılaşdırmaq lazımdır”.  

Xatırladaq ki, daha öncə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun verdiyi bəyanata görə, Kreml Ukraynanın, təyyarəçi Nadejda Savçenkodan sonra Donbası qaytarmaq fikrini dəstəkləyir:

“Əgər bu niyyət humanist fikirlərlə diktə edilibsə”, - D.Peskov qeyd etmişdi.

Ukraynanın çənubi-şərqində hökumət qoşunları və yaraqlıları ilə başlanan münaqişə 2014-cü ildən davam edir.