» » Savçenko jurnalistləri “çaqqal” və “köpək” adlandırdı – VİDEO

Savçenko jurnalistləri “çaqqal” və “köpək” adlandırdı – VİDEO

Savçenko jurnalistləri “çaqqal” və “köpək” adlandırdı – VİDEO

O, Kiyevə gəldikdən sonra ukraynalı jurnalistləri yerinə oturtmaq qərarına gəlib.

Ali Radanın deputatı, Rusiyada Ümumrusiya Dövlət Televiziya Komitəsinin jurnalistlərinin ölümünə aidiyyatı olması ilə ittiham edilən Nadejda Savçenko mətbuat nümayəndələrini çaqqal və köpəklərlə müqayisə edib.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə o, “112 Ukrayna” telekanalının efirində mayın 31-də deyib.

Çıxışın videosunu YouTube-da izləmək olar.

“Ən çətin anlar - aeroportda yaşandı, jurnalistlərin dəlisov hücumu. Çünki siz jurnalistlər, bağışlayın, köpəksiniz. Jurnalistlər haqqında pis danışmaq olmaz deyirlər. Siz çaqqal kimi hücum edib, öznüz də səbəbini bilmədən parçalamağa hazırsınız”, - Savçenko bildirib.

Onun sözlərinə görə, Kiyevə gəldikdən sonra ukraynalı jurnalistləri yerinə oturtmaq qərarına gəlib.

“İlk etdiyim, jurnalist kütləsini mənə rahat olacaq məsafəyə qovmaq oldu. Sizi öyrətmək istəyirəm”, - deyən Savçenko, azad yaşamaq və gəzmək istədiyini bildirib.