» » Rusiya təyyarəçiləri Ermənistan dağlarında təlim keçirlər

Rusiya təyyarəçiləri Ermənistan dağlarında təlim keçirlər

Rusiya təyyarəçiləri Ermənistan dağlarında təlim keçirlər

Təlimlər həm gündüz, həm də gecə saatlarında keçirilir.

Rusiyanın Cənub hərbi dairəsinin Erebuni hərbi aviabazasının təyyarəçiləri Ermənistan dağlarında helikopterlərin uçuş və enişinə dair təlimlərə başlayıblar.

ucarliyiq.biz xəbər verir ki, bu barədə dairənin mətbuat xidməti məlumat yayıb.

“Təlim-tədris uçuşlarının keçirilməsində “Mi-24P” zərbə və “Mi-8MT” nəqliyyat-hücum helikopterlərinə 50-dən çox təyyarəçi cəlb edilib”, - məlumatda deyilir.

Təlimlər 1500-3500 metr hündürlükdə Araqats dağlarında həm gündüz, həm də gecə saatlarında keçirilir.

Təyyarəçilər həmçinin mürəkkəb relyef və dağ çayları üzərində, şərti rəqibin hərəkət edən karvanlarını axtarıb tapmaq və izləmək, yüksəkliklərdə yerləşən “Kamhud” və “Alagəz” poliqonlarında təxribat əleyhinə motoatıcı bölüklər ilə qarşılıqlı fəaliyyət üzrə təlimlər keçirirlər.

Pilotlar uçuşlar zamanı radiotexniki silahlanmanı, hava əleyhinə müdafiə komplekslərini, rabitə sistemlərini və Rusiya birləşmələrinin Zaqafqaziyada yerləşmə ərazilərini yoxayıblar.