» » Ərdoğan: Rusiya bizdən hansı ilk addımı gözləyir?

Ərdoğan: Rusiya bizdən hansı ilk addımı gözləyir?

Ərdoğan: Rusiya bizdən hansı ilk addımı gözləyir?

“Putin ilə dost idik”.

Məni maraqlandıran məsələ budur ki, bizdən hansı ilk addımı gözləyirlər? Bunu anlamaqda çətinlik çəkirəm.  

ucarliyiq.biz - in Hurriyet nəşrinə istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib.

“Mən başa düşə bilmirəm ki, Rusiya bizdən hansı birinci addımı gözləyir. Biz münasibətlərin pozulmasında günahlandırılan tərəf deyilik.

Putin ilə dost idik. Münasibətlərimizin çox fərqli bir səviyyədə olduğu, iki yaxın dost münasibətlərinin mövcudluğu şəraitində bir pilotun səhvinə görə Türkiyə kimi bir dostu fəda etmələri çox düşündürücüdür. Ümid edirəm ki, bu problem tezliklə həll olunar və Türkiyə ilə Rusiya son 10 il ərzində atdıqları addımları yenidən atarlar”.