» » Ərdoğan “erməni soyqırımı”nın səsverməyə çıxarılmasından narahatdır

Ərdoğan “erməni soyqırımı”nın səsverməyə çıxarılmasından narahatdır

Ərdoğan “erməni soyqırımı”nın səsverməyə çıxarılmasından narahatdır

Telefon danışığı baş tutub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə telefon danışığı zamanı Osmanlı imperiyasında uydurma “erməni soyqırımı”nın tanınmasına dair səsvermə ilə bağlı narahatlığını bildirib, Ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir.

“Mən xanım Merkel ilə telefon danışıqları apardım. O, əlindən gələni edəcəyini söylədi. Məgər uydurma 1915-ci ili “soyqırımı” ilə bağlı problem var? Xeyr, bizim bu mövzu ilə bağlı narahatlığımız yoxdur. Bizim Almaniya ilə çox yüksək səviyyədə əlaqələrimiz var, orada üç milyon türk yaşayır.

Lakin, biz bu cür oyuna girsək, bu bizim münasibətlərimizə xələl gətirə bilər. Mən hələ qəbul olunmayan bir qərarı (“soyqırım” ilə bağlı) qiymətləndirməyi düzgün olmadığını düşünürəm. Qərar nə vaxt qəbul olunarsa, biz də o zaman münasibətimizi bildirərik.Bu qərarın beynəlxalq hüquqla heç bir əlaqəsi yoxdur”, - Ərdoğan mayın 31-də mətbuat konfransında çıxışı zamanı deyib.

Xatırladaq ki, uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutulan layihə iyunun 2-də Bundestaqda səsverməyə çıxarılacaq.