» » "Elə biliblər, varlıyam"

"Elə biliblər, varlıyam"

"Elə biliblər, varlıyam"

Şair Şəhriyar Del Geraninin yaşadığı mənzildən oğurluq edənlər həbs edilib.
Bu barədə şairin özü məlumat verib: "Mənzilimdən oğurluq edən Xırdalan sakinləri 1997-ci il təvəllüdlü Emil Şirinov və 1989-cu il təvəllüdlü Elman Babayev olub".
Şəhriyar Del Geraninin sözlərinə görə, həmin şəxslər evin yaxınlığında olan avtomobil yuyucuda işləyirmişlər: "Həmişə maşını yuduranda 3 manat edirdisə, 5 manat verirdim. Bunlar da elə biliblər ki, varlıyam".
Şair bildirib ki, evindən oğurlanan kompüter və saatlar tapılıb və hazırda istintaq materialı kimi saxlanılır: " Prosedur qaydası kimi saxlayıblar, aktlaşdıracaqlar. Ondan sonra qaytaracaqlarını deyiblər".
Xatırladaq ki, bir neçə gün əvvəl gənc şair Şəhriyar Del Geraninin yaşadığı mənzili yarıblar. Pəncərədəki barmaqlıqları qıraraq mənzilə daxil olan oğrular evdən yalnız şairin əsərlərinin arxivi olan noutbuku aparıblar.(lent.az)