» » Polisin maşınla vurulmuş 3 yaşlı oğlu vəfat etdi

Polisin maşınla vurulmuş 3 yaşlı oğlu vəfat etdi

Polisin maşınla vurulmuş 3 yaşlı oğlu vəfat etdi

Dünən Salyanda maşınla vurulmuş 3 yaşlı Nurlan Zabilli bu gün Bakı şəhərindəki Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.

Ucarliyiq.biz virtualaz.org-a istinadən xəbər verir ki, uşaq həmkəndlisi Mahur Hüseynovun idarə etdiyi "VAZ-21011" markalı dövlət nömrə nişanı 27-XX-440 olan avtomaşınla vurulub.

Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilimiş uşaq vəziyyəti ağır olduğu üçün sonradan Bakıdakı Mərkəzi Kliniki Xəstəxanaya aparılıb.

Xatırladaq ki, Nurlan Zabillinin atası Salyan Rayon Polis Şöbəsi Post-Patrul xidmətinin əməkdaşıdır.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb. Artıq uşağı vurmaqda təqsirli bilinən sürücü də saxlanılıb.