» » Bakı bulvarında dəhşətli hadisə- DİQQƏT

Bakı bulvarında dəhşətli hadisə- DİQQƏT

Bakı bulvarında dəhşətli hadisə- DİQQƏT

Bu gün Bakı bulvarında intihar hadisəsi baş verib. Ucarliyiq.biz-ın lent.az-a istinadən məlumatına görə, saat 08:30 radələrində Dənizkənarı Milli Parkın ərazisində, Kukla Teatrının arxa hissəsində 25-30 yaşlı kişi özünü dəniz atıb. Dərhal parkın mühafizəçiləri və xilasedicilər kömək etməyə çalışsalar da, üzə bilməyən gəncin həyatını xilas etmək mümkün olmayıb.

İntihar edən şəxsin meyiti sudan çıxarılıb. Meyit 1 saylı şəhər xəstəxanasının morquna aparılıb.
İlkin olaraq ölən şəxsin üzərindən hər hansı sənəd tapılmayıb. Faktla bağlı araşdırmalar aparılır.