» » Texasda selfiyə abidə ucaldıldı – FOTO

Texasda selfiyə abidə ucaldıldı – FOTO

Texasda selfiyə abidə ucaldıldı – FOTO

Abidə ictimaiyyət tərəfindən kəskin reaksiyaya səbəb olub.

Texasın Şuqar şəhərində selfiyə abidə ucaldıldı. 

Ucarliyiq.biz bu barədə “Mashable”a istinadən xəbər verir. 

Məlumata görə, abidə avtoportretini mobil telefon ilə çəkən iki qızın təsvirindən ibarətdir. Abidəni şəhər administrasiyası binasının qarşısında görmək olar. 

Abidə ictimaiyyət tərəfindən kəskin reaksiyaya səbəb olub. Çoxları bunun vergiödəyicilərinin pullarının boş yerə sərf olunması hesab edirlər, əslində heykəli şəhər sakinlərindən biri hədiyyə verib. Digərlərinə isə heykəlin konsepsiyası xoş gəlməyib. 

Şəhər hakimiyyətinin məlumatına görə, selfi heykəli on abidədən ibarət kolleksiyaya daxildir. Administrasiyada qeyd ediblər ki, onun hədiyyə verilməsi və quraşdırılacağı yerə dair etiraz olmayıb. Digər heykəllərdən biri gitarada ifa edən insanı əks etdirir. 

Texasda selfiyə abidə ucaldıldı – FOTO