» » Erməni generallar niyə işdən çıxarılıblar? – SƏBƏBLƏR

Erməni generallar niyə işdən çıxarılıblar? – SƏBƏBLƏR

Erməni generallar niyə işdən çıxarılıblar? – SƏBƏBLƏR

Onlar müxtəlif sxemlər üzrə dövlət əmlakını mənimsəyiblər.

Ermənistanın “Joxovurd” qəzeti ölkənin silahlı qüvvələrində bir sıra şəxslərin işdən çıxarılmasının səbəblərindən yazıb. 

Ucarliyiq.biz xəbər verir ki, qəzetin yaydığı məlumata görə, yüksəkvəzifəli hərbçilər dövlət əmlakını mənimsəməkdə ittiham edilirlər: 

“Məlum olduğu kimi, cari ilin may ayında bir-birinin ardınca Ermənistan Müdafiə Nazirliyinin yüksəkvəzifəli məmurları işdən çıxarılıb və həbs olunublar. Bu ərəfədə Ermənistan silahlı qüvvələrinin silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilinqaryanın, silahlanma idarəsinin avtomobil xidmətinin sabiq rəisi, polkovnik Armen Marqaryanın və maddi-təchizat idarəsinin kimyəvi, mühəndis və kəşfiyyat vasitələri ilə təchizat departamentinin rəisi, polkovnik Mqer Papyanın saxlanıldığı məlum olub.

“Joxovurd”un məlumatına görə, onlar Ermənistan silahlı qüvvələrinin maddi-texniki təchizatına cavabdeh olduqları halda, müxtəlif sxemlər üzrə dövlət əmlakını mənimsəyiblər. 

Versiyalardan birinə görə, onlar sənəd üzrə qida məhsulları əldə ediblər, bunun üçün ayrılan məbləği tam alıblar, amma əldə edilən mallar silahlı qüvvələrə tam həcmdə çatdırılmayıb. İndi istintaq orqanları onlara mənimsəmə və korrupsiya prosesi barədə tam izahat yazmağı təklif ediblər, əks təqdirdə, onların hamısı həbs ediləcək”, - “Joxovurd” yazır.